logo

Hərbçilərimizin qar uçqunu altında qalması xəbəri yalandır-Nazirlik

20:40 05-01-2022 | icon 3024
Hərbçilərimizin qar uçqunu altında qalması xəbəri yalandır-Nazirlik

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

YeniAvropa xəbər verir ki, məsələyə münasibət bildirən Müdafiə Nazirliyi xəbəri yalanlayıb.

"Bildiririk ki, bu xəbər yalandır və həqiqəti əks etdirmir. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik", - deyə Nazirliyin yaydığı məlumatda qeyd olunub.