logo

Bayram günlərində 47 yol qəzasında 12 nəfər ölüb-DYP

20:30 05-01-2022 | icon 1862
Bayram günlərində 47 yol qəzasında 12 nəfər ölüb-DYP

Bayram günlərindəki beş qeyri-iş günü ərzində respublikanın avtomobil yollarında ölümlə və xəsarətlə nəticələnən 47 yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə KİV-ə müsahibəsində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat verib. 

Onun sözlərinə görə, maneəyə vurma nəticəsində 3 nəfər, toqquşma nəticəsində 1 nəfər, piyada vurma nəticəsində 3 nəfər, aşma nəticəsində isə 5 nəfər həyatını itirib.

“Vətəndaşlarımıza, sürücülərə müraciət edərək bildiririk ki, günündən, saatından asılı olmayaraq hər bir yol iştirakçısı hüquq və vəzifələrinə riayət etməli, özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına atmamalıdır”, - deyə M. Ağayev sözlərinə əlavə edib.