logo

Ermənistanın sabiq müdafiə naziri Rusiyaya səfir göndərildi

19:31 05-01-2022 | icon 3178
Ermənistanın sabiq müdafiə naziri Rusiyaya səfir göndərildi

Ermənistan Rusiyaya yeni səfirini təyin edib.

YeniAvropa “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistan prezidenti Armen Sarkisyanın imzaladığı fərmana əsasən, sabiq müdafiə naziri Vaqarşak Arutunyan bu ölkənin Rusiya Federasiyasındakı yeni səfiri təyin olunub.

Armen Sarkisyanın imzaladığı digər bir fərmanla isə Vardan Toqanyan Ermənistanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıb.

Xatırladaq ki, Vaqarşak Arutunyan 1999-2000-ci illərdə, eyni zamanda, 2020-ci ilin sonlarından ötən ilin 20 iyuluna qədər müdafiə naziri vəzifəsini icra edib.