logo

Azərbaycanda daha 553 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü

17:33 05-01-2022 | icon 3304
Azərbaycanda daha 553 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 553 yoluxma faktı qeydə alınıb, 736 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 618 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 min 55 nəfər müalicə olunaraq sağalıb, 8 min 409 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 454 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 527, bu günə qədər isə ümumilikdə 5 milyon 899 min 183 test icra olunub.