logo

Meşələrin məhvinə görə ETSN-nin yüksək vəzifəli məmuru işdən çıxarıldı

13:55 05-01-2022 | icon 2002
Meşələrin məhvinə görə ETSN-nin yüksək vəzifəli məmuru işdən çıxarıldı

Baş prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) əməkdaşları tərəfindən Lənkəran, İsmayıllı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsi olaraq həmin nazirliyin meşələrin inkişafı Xidmətinin rəisi Namiq Xıdırov işdən çıxarılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə ETSN-dən bildirilib. Qeyd edilib ki, N.Xıdırov işdən azad olunaraq sərəncama göndərilib.

Xatırladaq ki,Namiq Xıdırovun adı Lənkəranın Haftoni meşələrində, o cümlədən Qusarda və Şəkidə nadir ağac növlərinin kütləvi məhv edilməsi qalmaqalı fonunda KİV-lərin gündəminə gəlmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Haftoni meşələrində çay plantasiyası salınması üçün “Beta” şirkətinə 45 hektar ərazi ayırmışdı və həmin şirkət nadir ağacları kütləvi kəsməklə ərazini əkin üçün hazırlayırdı.

Lakin “Ecocenter” ətraf mühit təşkilatı tərəfindən bu ekoloji cinayəti ictimailəşdirilməsindən sonra  Haftoni meşələrinin qırılması dayandırıldı, “Beta” şirkəti ilə bağlanan müqavilə ləğv olundu.