logo

Siyasi partiyalar bu gündən illik hesabatlarını MSK-ya təqdim edəcək

11:59 05-01-2022 | icon 1694
Siyasi partiyalar bu gündən illik hesabatlarını MSK-ya təqdim edəcək

Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2021-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə MSK-dan bildirilib. 

Qeyd edilib ki, qanunvericiliyin tələbinə əsasən, partiyalar yanvarın 1-dən etibarən illik hesabatlarını MSK-ya təqdim etməlidirlər.

Yanvarın 1-4 ölkədə Yeni il bayramı tətili olduğuna görə hesabatların qəbulu bu gündən - yanvarın 5-dən başlayıb.

Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.