logo

Qanunsuz saxlanılan 10 ədəd ov tüfəngi götürülüb

10:30 05-01-2022 | icon 1932
Qanunsuz saxlanılan 10 ədəd ov tüfəngi götürülüb

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 4-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.