logo

Şəmkirdə əri koronavirusdan ölən qadın özünü asdı

19:30 04-01-2022 | icon 6888
Şəmkirdə əri koronavirusdan ölən qadın özünü asdı

Şəmkir rayonunda intihar hadisəsi baş verib. 

YeniAvropa xəbər verir ki, hadisə rayonunun Şeyidlər kəndində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Telnaz  Alıyeva yaşadığı evin həyətində olan yardımçı tikilidə özünü asıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, qadının həyat yoldaşı bir il öncə koronavirusdan öldüyünə görə o, psixoloji sarsıntılar keçirərək intihar edib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırmalara başlanılıb.