logo

DSX-nın 3 hərbçisini güllələyən MAXE həbs edilib

14:54 04-01-2022 | icon 1890
DSX-nın 3 hərbçisini güllələyən MAXE həbs edilib

Xəbər verdiyimiz kimi, yanvarın 2-də saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzlinin xidməti silahından atəş açaraq xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürməsi faktına görə başlanmış cinayət işi üzrə Hərbi Prokurorluğun İstintaq idarəsində aparılan istintaq davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, yanvarın 4-də Elxan Əvəzliyə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham elan edilib. Füzuli Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.