logo

4 fiqurlu konkisürənimiz Avropa çempionatında iştirak edəcək

12:32 04-01-2022 | icon 4809
4 fiqurlu konkisürənimiz Avropa çempionatında iştirak edəcək

Yanvarın 10-16-da Estoniyanın paytaxtı Tallinndə fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçiriləcək.

 YeniAvropa xəbər verir ki, qitə birinciliyində ölkəmizi 4 idmançı təmsil edəcək. Şəxsi yarışlarda Yekaterina Ryabova və Vladimir Litvintsev güclərini sınayacaqlar. Yekaterina Kuznetsova – Aleksandr Kolosovski dueti cütlüklərin yarışında mübarizə aparacaqlar. Cütlüyümü ilk dəfə qitə birinciliyində çıxış edəcək.

Qeyd edək ki, Y.Ryabova və V.Litvintsev ölkəmizi “Pekin-2022” Qış Olimpiya Oyunlarında da təmsil edəcəklər.