logo

Fransada koronavirusun yeni variantı aşkarlandı

09:29 04-01-2022 | icon 2170
Fransada koronavirusun yeni variantı aşkarlandı

Fransanın cənubunda koronavirusun yeni variantı aşkar edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb.

Bildirilib ki, naməlum ştam Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkarlanıb.

Mütəxəssislər virusun həmin variantının bu Mərkəzi Afrika ölkəsində geniş yayıldığını istisna etmirlər.

Marsel həkimləri tərəfindən kəşf edilən yeni versiya şərti olaraq B.1.640.2 adlandırılıb.

Hələlik bu ştamın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni mutasiyalarının aşkarlanacağı barədə xəbərdarlıq ediblər.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.