logo

Azərbaycanda  kişilərin və qadınların pensiya yaşı açıqlandı

21:13 03-01-2022 | icon 4333
Azərbaycanda  kişilərin və qadınların pensiya yaşı açıqlandı

Azərbaycanda 2022-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb.

 YeniAvropa xəbər verir ki,  Azərbaycanda  1 iyul 2021 –ci ildən 30 iyun 2022-ci il tarixinədək  kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 1 iyul 2022 – 30 iyun 2023-cü ildə isə kişilərin pensiya yaşı 65 il, qadınların isə  63 il olacaq.

 

Xatırladaq ki,  “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.