logo

OPEC-ə yeni baş katib 7 dil bilir

20:19 03-01-2022 | icon 2324
OPEC-ə yeni baş katib 7 dil bilir

Neft İxrac Edən Ölkələr Təşkilatına(OPEC) üzv ölkələrin nazirləri Küveytdən olan Haysam əl-Qaysi təşkilatın baş katibi vəzifəsinə seçiblər. 

 YeniAvropa xəbər verir ki, bu barədə OPEC-in yaydığı press-relizində deyilir.

Əl-Qays 2016-cı ildən bu vəzifədə çalışan nigeriyalı Məhəmməd Barkindonu əvəz edəcək. Məhəmməd Barkindonun səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır.

Qeyd edək ki, əl-Qays 2017-2021-ci illərdə Küveytin OPEC-dəki nümayəndə heyətinə rəhbərlik edib. Onun namizədliyi siyahıda yeganə olub.

0-1-+1

Haysam əl-Qays neft şirkətlərində, eləcə də Küveyt Xarici İşlər Nazirliyində iş  təcrübəsinə malikdir. O, 1990-cı ildə Kaliforniyanın San-Fransisko Universitetinin siyasi elmlər fakültəsini bitirib. Ərəb, ingilis, alman, portuqal, ispan, fransız daxil olmaqla, altı dildə sərbəst danışır, həmçinin Çin dilini bilir.

OPEC-in nizamnaməsinə görə, baş katib üç il müddətinə seçilir və yalnız bir dəfə yenidən seçilə bilər.

Ümumilikdə, Barkindonu nəzərə almasaq, 1961-ci ildən OPEC-in işinə nəzarət edən 22 baş katib və beş konfrans prezidenti olub. 2007-2013-cü illərdə baş katib postunu tutan, sonra isə OPEC-in yeni baş katibi seçə bilmədiyi üçün səlahiyyətləri 2016-cı ilin iyul ayına qədər uzadılan Liviya nümayəndəsi Abdulla Salem əl-Bədri bu vəzifədə ən uzun müddət qalan rəhbər olub.