logo

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

22:12 25-11-2021 | icon 1603
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Prezident İlham Əliyev noyabrın 25-də  Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli Vladimir Vladimiroviç.

Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzu edirəm".