logo

İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

19:49 25-11-2021 | icon 392
İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev noyabrın 25-də Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurğulanıb. Bu sahədə əməkdaşlığımızın zəngin tarixə malik olduğu bildirilib və müasir dövrdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəminə toxunulub. Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin səfərinin elmi əməkdaşlıq sahəsində əlaqələrin perspektivlərinin müzakirəsinə və daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.

Aleksandr Sergeyev Rusiya Elmlər Akademiyasının xatirə medalını prezident İlham Əliyevə təqdim edib.