logo

Hakimlərimiz İstanbulda “Beşiktaş”– “SKA Minsk”oyununu idarə edəcəklər

18:48 25-11-2021 | icon 2429
Hakimlərimiz İstanbulda “Beşiktaş”– “SKA Minsk”oyununu idarə edəcəklər

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri növbəti oyuna təyinat alıblar.

Azərbaycan Hədbol Federasiyasından YeniAvropa-ya bildirilib ki,Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasının kuboku uğrunda yarışda yenidən ölkəmizi təmsil edəcəklər. Təcrübəli referilər bu dəfə turnirin III mərhələsində “Beşiktaş” – “SKA Minsk” görüşündə söz sahibi olacaqlar.

Türkiyə və Belarusun kişi həndbolçulardan ibarət komandalarının oyunu noyabrın 28-də İstanbulun “Süleyman Seba Sport Haal” arenasında keçiriləcək.