logo

Bakıda küçədə 5 yaşlı uşaq tapıldı

18:11 25-11-2021 | icon 1659
Bakıda küçədə 5 yaşlı uşaq tapıldı
Paytaxtda  küçədə 5 yaşlı uşaq tapılıb.
 
YeniAvropa xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
 
Bildirilib ki, hadisə noyabrın 21-i axşam saatlarında Xətai rayonu, "NZS" qəsəbəsi ərazisində qeydə alınıb.
 
Belə ki, Xətai rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına 5 yaşlı uşağın küçədə qalması barədə məlumat daxil olub. Daha sonra uşağın yeri müəyyən edilib və o, sığınacağa aparılıb.
Uşaq adının Arif olduğunu deyir. Polis əməkdaşları isə onun diləndirildiyini güman edirlər.
 
Hazırda Xətai RPİ-də uşağın yaxınlarının tapılması istiqamətində araşdırmalar aparılır.