logo

Azərbaycanda daha 1880 nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

16:56 25-11-2021 | icon 2772
Azərbaycanda daha 1880 nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1880 yoluxma faktı qeydə alınıb, 1835 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 580 min 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 545 min 35 nəfər müalicə olunaraq sağalıb, 7 min 736 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 736 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 352, bu günə qədər isə ümumilikdə 5 milyon 485 min 509 test icra olunub.