logo

Romada AŞ PA-nın daimi komitəsinin iclası işə başlayıb

16:16 25-11-2021 | icon 1575
Romada AŞ PA-nın daimi komitəsinin iclası işə başlayıb

Noyabrın 25-də İtaliyanın paytaxtı Romada Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) daimi komitəsinin iclası keçirilir.

 YeniAvropa xəbər verir ki, iclasda ölkəmizi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edir.

Assambleyanın 60-dək aparıcı üzvünü birləşdirən daimi komitə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo ilə bu ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin prioritetlərinə dair fikir mübadiləsi aparacaq.

İki gün davam edəcək iclasda İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko və İtaliya Senatının sədri Mariya Elizabetta Alberti Kasellatinin çıxışları dinləniləcək.

İclas çərçivəsində Belarusla sərhəddə miqrantların vəziyyəti, onların beynəlxalq müdafiəsi, uşaqların başlıca maraqlarının təmini, Mərakeşdə 2021-ci il sentyabrın 8-də keçirilmiş parlament seçkilərinin nəticələri, gender zorakılığı ilə mübarizədə kişilərin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, AŞ PA-nın daimi komitəsinin iclası İtaliyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir. İtaliya 6 ay ərzində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək.