logo

ATƏT XİN Şurasının iclasında Qarabağdakı vəziyyət müzakirə ediləcək

16:30 25-11-2021 | icon 2275
ATƏT XİN Şurasının iclasında Qarabağdakı vəziyyət müzakirə ediləcək

Dekabrın 2-3-də İsveçin paytaxtı Stokholm şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə məlumat verib. 

Onun sözlərinə görə, iclasda təşkilatın hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar sahələr üzrə perspektivləri, ATƏT məkanında mövcud olan münaqişələrin həllinə dəstək məsələsi, həmçinin Qarabağdakı vəziyyət müzakirə olunacaq.

“Müzakirələrin etimad mühitinin və dialoq mədəniyyətinin bərpasına, təşkilatın transmilli cinayətkarlıqla mübarizə profilinin yüksəkdilməsinə və aktual məsələlər üzrə konsensus yanaşmasının işlənib hazırlanmasına töhfə verəcəyini gözləyirik”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.