Sahibə Qafarova rusiyalı həmkarı ilə Qarabağdakı vəziyyəti müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, V. Matviyenko ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib.
O, parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında vacib rolunu vurğulayaraq, bu əlaqələrin inkişafına töhfə və dəstək verdiyi üçün Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
MDB PA-nın uğurlu fəaliyyətini qeyd edən Federasiya Şurasının sədri qeyd edib ki, bu təşkilat quruma üzv ölkələr arasında əlaqələrin dərinləşməsinə və fikir mübadiləsinin aparılmasına töfhə verir. O, Azərbaycanın təşkilatda fəal iştirakçılığına görə, təşəkkürünü bildirib, 53-cü plenar iclasın uğurlu olacağına inamını ifadə edib.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olacaq. Bu illər ərzində Azərbaycanla Rusiya arasında bir çox sahələri əhatə edən uğurlu əlaqələr qurulub. Ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını bildirən Milli Məclisin sədri əlaqələrimizin inkişafında iki ölkənin dövlət başçılarının rolunu xüsusi vurğulayıb.
Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında münasibətlər haqqında da danışan spiker Sahibə Qafarova bildirib ki, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin özünəməxsus rolu var. Bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi müsbət qiymətləndirilir.
Sahibə Qafarova 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi qələbə barədə məlumat verərək, deyib ki, Azərbaycan bu qələbə nəticəsində 30 il işğal altında olan torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa edib. Ötən il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatla münaqişəyə son qoyulub və bununla da yeni bir mərhələ başlayıb. Spiker üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayıb. O, Azərbaycanın bəyanatdan irəli gələn bütün məsələləri yerinə yetirdiyini bildirib. Qeyd edib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə geniş bərpa və quruculuq işləri həyata keçirir. Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasını istəyir və bu istiqamətdə lazımi bütün işləri görür. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Ermənistan isə yenə də təxribatlardan əl çəkmir.
Milli Məclisin sədri noyabrın 16-da dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində baş verən döyüş əməliyyatları barədə məlumat verərək, qeyd edib ki, bu təxribat nəticəsində 7 nəfər hərbi qulluqçumuz şəhid olub. O xüsusilə, vurğulayıb ki, bu təxribatın məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Spiker həmçinin diqqətə çatdırıb ki, bu günə qədər Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslər də həlak olublar. Sahibə Qafarova Valentina Matviyenkonun diqqətinə çatdırıb ki, həlak olanlar arasında sülhməramlılar da var. O deyib ki, Ermənistanın bütün çağırışlara baxmayaraq, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası beynəlxalq hüquqa və regionda sabitliyin bərpa olunması cəhdlərinə qarşı yönəlib.
Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova Valentina Matviyenkoya “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək