logo

İsrailin Azərbaycandakı səfiri Ağdama səfər edib

15:15 25-11-2021 | icon 1484
İsrailin Azərbaycandakı səfiri Ağdama səfər edib

Bu gün İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov özünün "Twitter" hesabında məlumat paylaşıb.

O qeyd edib ki, səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib.