logo

Paytaxtda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

14:54 25-11-2021 | icon 756
Paytaxtda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Nəsimi rayonu ərazisində yolu keçən Bakı şəhər sakini R.Əliyev müəyyənləşməmiş avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinin “Ravon” markalı avtomobillə törədilməsi rayon polis idarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyənləşib.

Həmin nəqliyyat vasitəsini idarə edən sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma davam edir.