Alman şirkətləri Azərbaycan dəmir yolları ilə əməkdaşlıqda maraqlıdır
“Azərbaycan Dəmir Yolları” QSC-də ölkəmizdə işgüzar səfərdə olan Almaniyanın nəqliyyat, logistika və tikinti sahələri üzrə aparıcı şirkətlərinin nümayəndə heyətləri ilə görüş təşkil edilib.
QSC-dən YeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkə arasında yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanlar nəzərdən keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov Almaniyanın müxtəlif şirkətlərinin Azərbaycan dəmir yollarında layihələndirmə, təchizat və quraşdırma işlərində iştirak etdiyini bildirib. O qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə “Hamburger Hafen Logistik”in yüz faiz törəmə şirkəti olan “Metrans” arasında əməkdaşlıq konteyner yüklərin Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiyaya və Çinə, eləcə də əks istiqamətdə daşınması üzrə həyata keçirilə bilər. Belə ki, konteynerlərin “Metrans” şirkəti tərəfindən Türkiyə limanlarına, oradan isə “ADY Konteyner” MMC tərəfindən Azərbaycan-Orta Asiya-Çin istiqamətində daşınması mümkündür.
Qeyd edək ki, 2020-ci ilin fevral ayında Slovakiyada “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti ilə “Metrans”ın icraçı direktoru və nümayəndələri arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann rəhbərlik etdiyi qurumun Azərbaycanda xidmət sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini vurğulayıb. Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman şirkətlərinin nümayəndə heyətlərinin Azərbaycanda işgüzar səfərdə olduqlarını qeyd edən qonaq, görüşün iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Vurğulanıb ki, səfərin məqsədi alman şirkətlərinin xidmətlərini, o cümlədən layihə və təkliflərini tanıtmaq, onlara Azərbaycan bazarında potensial tərəfdaşlarla əməkdaşlıq imkanları yaratmaqdır. Nümayəndə heyətində təmsil olunan şirkətlərdən çoxu Almaniya dəmir yolları ilə uğurlu əməkdaşlıq edir.
Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı quruculuq işləri, o cümlədən dəmir yolu layihələri barədə də danışılıb.
Qonaqlar təmsil etdikləri şirkətlərlə bağlı ətraflı məlumat verərək dəmir yolu sahəsi üzrə müxtəlif layihələrdə iştirakla bağlı təkliflərini səsləndiriblər.
Tərəflər yük daşımaları, logistika və tikinti sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparıb.
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq