logo

Sabah Bakıda 13° isti olacaq

13:33 25-11-2021 | icon 1659
Sabah Bakıda 13° isti olacaq

Azərbaycanda noyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 10-13° isti olacaq. Bakıda gecə 6-8°, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 773 millimetr civə sütunundan 767 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir. Bu, meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 0-4°, gündüz 5-9° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 0-4°, gündüz 4-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 2-6°, gündüz 8-12° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 3-6°, gündüz 8-11° isti, dağlarda gecə 0-3°, gündüz 5-7° isti olacaq.