logo

Rusiyada kömür mədənindəki partlayışda ölənlərin sayı 9-a çatıb

13:10 25-11-2021 | icon 2310
Rusiyada kömür mədənindəki partlayışda ölənlərin sayı 9-a çatıb

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki “Listvyajnaya” kömür mədənində baş verən partlayış nəticəsində həlak olanların sayı 9-a çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Kemerovo vilayətin qubernatoru Sergey Tsivilev məlumat verib. Hazırda mədəndə 49 nəfərin qaldığı bildirilir. Onlarla əlaqə yaratmaq hələ ki, mümkün olmayıb.

Hadisənin kömür tozunun yanması nəticəsində baş verdiyi ehtimal edilir.