logo

Sumqayıtda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində öldü

12:59 25-11-2021 | icon 1785
Sumqayıtda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində öldü

Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.