logo

Putin Aİ Şurasının prezidentinə Qarabağdakı vəziyyətdən danışıb

21:15 24-11-2021 | icon 1876
Putin Aİ Şurasının prezidentinə Qarabağdakı vəziyyətdən danışıb

Rusiya prezidenti Vladimir Putin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Qarabağdakı vəziyyəti müzakirə ediblər.

YeniAvropa  Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, telefon danışığında tərəflər Belarusun Avropa İttifaqı ölkələri ilə sərhədlərindəki vəziyyət, Əfqanıstan və Liviya məsələləri də daxil olmaqla, bir sıra aktual beynəlxalq problemlər ətrafında müzakirələr aparıblar.

Vladimir Putin Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi və Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində atılan addımlar barədə məlumat verib. "Məhz bu məsələlərin Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündə müzakirəsi planlaşdırılır", - deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.