logo

Avropa Çempionlar Liqasında 4 cüdoçumuz mübarizə aparacaq

19:59 24-11-2021 | icon 2709
Avropa Çempionlar Liqasında 4 cüdoçumuz mübarizə aparacaq

Dekabrın 11-də Parisdə cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası keçiriləcək.

YeniAvropa xəbər verir ki, yarışda Azərbaycan milli komandasının dörd cüdoçusu mübarizə aparacaq. Belə ki, Orxan Səfərov (66 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) Yunanıstanın “Aris”, Rüstəm Orucov (73 kq) isə Serbiyanın “Red Star” klubunda çıxış edəcəklər.

Yarışda ümumilikdə 15 klub mübarizə aparacaq.