logo

Ararat Mirzoyan Sergey Lavrovla Qarabağı müzakirə etdi

19:39 24-11-2021 | icon 441
Ararat Mirzoyan Sergey Lavrovla Qarabağı müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan - Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər. Lavrov və Mirzoyan həmçinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixində  Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatlarda göstərilən öhdəliklərin yerinə yertirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.