YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, axtarış qrupları daha 1 erməni hərbçisinin cəsədinin qalıqlarını tapıblar.
Cəsədin qalıqları Suqovuşanda aparılan axtarışlar zamanı aşkarlanıb. Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.
Bununla da 13 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1701-ə çatıb.
Xatırladaq ki, Ermənistan hakimiyyəti döyüşlərdə məhv edilmiş hərbçilərinin sayını hələ də gizlədir.