logo

İlham Əliyev deputat Musa Quliyevə “Şöhrət” ordeni verdi

16:36 24-11-2021 | icon 1547
İlham Əliyev deputat Musa Quliyevə “Şöhrət” ordeni verdi

Prezident İlham Əliyev noyabrın 24-də Musa Quliyevin təltif edilməsi haqqında sərəncamı imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: " Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa İsa oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, sabah Musa Quliyevin 60 yaşı tamam olur. 

O, 25 noyabr 1961-ci ildə ə Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olub.

Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisistdir