logo

SOCAR Pakistana 1 milyard dollar investisiya yatıracaq

15:30 24-11-2021 | icon 1631
SOCAR Pakistana 1 milyard dollar investisiya yatıracaq

SOCAR Pakistanın enerji sektoruna 1 milyard dollar sərmayə qoymağı planlaşdırır.

YeniAvropa i yerli “Pakistan Observer” nəşrinə istinadla xəbər verir ki, bu barədə  Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadov  İslamabad Ticarət və Sənaye Palatasında çıxışı zamanı məlumat verib.

“SOCAR Pakistanın enerji sektoruna 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. Ümumiyyətlə, digər Azərbaycan şirkətləri də Pakistanlı tərəfdaşlarla birgə müəssisələr yaratmaqda və Pakistana sərmayə qoymaqda maraqlıdırlar, çünki onlar bu ölkəni biznes və investisiya fəaliyyəti üçün potensial bazar hesab edirlər”, - deyə  Xəzər Fərhadov bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan və Pakistan rəhbərliyi iqtisadi əməkdaşlığı genişləndirmək arzusundadır və hər iki ölkə ikitərəfli ticarət əlaqələrinin yaxşılaşdırılması üçün özəl sektorlar arasında birbaşa əlaqələrin təşviqinə diqqət yetirməlidir.