logo

Təhsil Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçiriləcək

15:10 24-11-2021 | icon 6412
Təhsil Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçiriləcək

Noyabrın 26-sı saat 11:00-da Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuranın boş qalan yerlərinə təkrar seçkilər keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən olunub. Noyabrın 23-də keçirilmiş seçkilər zamanı səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini toplayan 5 nəfər üzv seçilib.

Təkrar seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.