logo

Gəncədə küçələrdən kanalizasiya quyularının qapaqları oğurlanıb

14:44 24-11-2021 | icon 1729
Gəncədə küçələrdən kanalizasiya quyularının qapaqları oğurlanıb

Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisindən, Bakıxanov, Səməd Vurğun və Bakı küçələrindən dörd ədəd kanalizasiya quyusunun qapaqları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov və P.Quliyev Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.