logo

İsveç tarixində ilk dəfə qadın baş nazir seçildi

14:24 24-11-2021 | icon 2373
İsveç tarixində ilk dəfə qadın baş nazir seçildi

Noyabrın 24-də parlamentdə yekun səsvermədən sonra Maqdalena Andersson İsveçin ilk qadın baş naziri oldu.

YeniAvropa xəbər verir ki, bu barədə "Euronews" məlumat verib.

Xəbərdə qeyd olunubr ki, uzun sürən danışıqlar və müzakirələrdən sonra Sosial Demokratlar Partiyasının lideri deputatlar arasında lazımi dəstəyi təmin edə bilib.

Bildirilir ki, bir gün əvvəl namizədliyini dəstəkləmək üçün pensiyanın artırılmasını tələb edən “sol” partiya ilə razılıq əldə olunub.

Xatırladaq ki, bundan əvvəl Maqdalena Andersson ölkənin maliyyə naziri olub. O, baş nazir postunda Stefan Levveni əvəz edəcək.