logo

Rusiya Türkiyə ilə kosmos sahəsində birgə əməkdaşlığı müzakirə edir

14:04 24-11-2021 | icon 2464
Rusiya Türkiyə ilə kosmos sahəsində birgə əməkdaşlığı müzakirə edir

Rusiya Federasiyası prezidentinin kosmos sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, “Roskosmos” dövlət korporasiyasının Baş direktoru Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Kosmik Agentliyinin, Türkiyə Sənaye və Texnologiyalar Nazirliyinin rəhbərləri ilə birgə kosmik fəzanın tədqiqatı və ondan dinc məqsədlər üçün istifadə barədə əməkdaşlıq haqqında sazişin hazırlanmasını müzakirə ediblər.

YeniAvropa  “Roskosmos”un mətbuat xidmətinə istinadla xəbər verir ki, Türkiyə tərəfdən nümayəndə heyətinə ölkənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım və Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank başçılıq ediblər.

İkitərəfli əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilib, Rusiya Federasiyası hökuməti və Türkiyə Respublikası hökuməti arasında kosmik fəzanın tədqiqatı və ondan dinc məqsədlər üçün istifadə barədə əməkdaşlıq haqqında sazişin hazırlanması məsələsi ayrıca nəzərdən keçirilib.

Sənəd bundan sonrakı birgə fəaliyyət üçün müqavilə-hüquq bazası rolunu oynamalıdır. Saziş hər iki ölkə üçün pilotlu kosmonavtikada, kosmik texnika yaradılmasında, kosmosda elmi araşdırmalarda, planetar tədqiqatlarda, Yerin məsafədən zondlaşdırılmasında, kosmik fəzanın, peyk naviqasiyasının, telekommunikasiya və rabitənin monitorinqində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək imkanı yaradacaq.