logo

Azərbaycanda polis qəzaya düşüb öldü 

13:44 24-11-2021 | icon 1701
Azərbaycanda polis qəzaya düşüb öldü 

Noyabrın 24-də saat 07 30 radələrində Gəncə şəhər Regioal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat  Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb. 

YeniAvropa xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda həyatını itirib. Avtomobilin  sürücüsü E.Əliyev isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Gəncə BPİ-də araşdırma aparılır.