logo

Daha bir sabiq bələdiyyə sədrinə cinayət işi açılıb

12:44 24-11-2021 | icon 1659
Daha bir sabiq bələdiyyə sədrinə cinayət işi açılıb

Zaqatala rayonunun Bəhmətli kənd bələdiyyəsinin sabiq sədrinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət edilib.

Zaqatala rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla bələdiyyənin sabiq sədri Həsrət Musayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2018-2021-ci illərdə ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.