logo

Qadını şantaj edərək pul tələb edən şəxs saxlanılıb

11:55 24-11-2021 | icon 1512
Qadını şantaj edərək pul tələb edən şəxs saxlanılıb

Şirvanda şantaj yolu ilə qadından pul tələb edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinə müraciət edən 26 yaşlı qadın sosial şəbəkələrdə tanış olduğu Fərhad adlı şəxsin onun fotolarını virtual məkanda paylaşacağı ilə hədələyərək pul tələb etdiyini bildirib.

Müraciətlə əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 25 yaşlı Fərhad Kazımov şəhər ərazisində saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalar zamanı məlum olub ki, F.Kazımov tanış olduğu qadından müxtəlif vaxtlarda barəsində rüsvayedici məlumatlar paylaşacağı hədəsi ilə 635 manat pul alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.