logo

Əhalinin banklardakı əmanətləri artıb

10:10 24-11-2021 | icon 2541
Əhalinin banklardakı əmanətləri artıb

Əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri oktyabr ayında 0,6 faiz (50,2 milyon manat) artaraq 8 milyard 713,8 milyon manat təşkil edib .

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Mərkəzi Bankından verilən məlumatda deyilir.

Qeyd edilib ki, bu indiyədək əhalinin banklarda olan əmanətlərinin maksimum səviyyəsidir. 

Xatırladaq ki, sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 8 milyard 605,9 milyon manat təşkil edib.