logo

Planetin ən yaşlı sakini 124 yaşında Filippində vəfat edib

09:10 24-11-2021 | icon 2443
Planetin ən yaşlı sakini 124 yaşında Filippində vəfat edib

Filippində planetin ən yaşlı sakini Fransiska Susano 124 yaşında vəfat edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Filippin hökumətinin yaydğı açıqlamada bildirilib . Qeyd edilib ki, planetin ən uzunömürlü sakinin noyabrın 22-də axşam saatlarında dünyasını dəyişib.

“Qəlbimizdə kədər hissi ilə Fransiska Susanonun vəfatı xəbərini aldıq. Bu qadın bizim ilham və qürur mənbəyimiz olaraq daim qəlbimizdə qalacaqdır”, - deyə məlumatda qeyd edilib.

F.Susanonun vəfatının səbəbləri barədə məlumat verilmir. 

Yerli hakimiyyət orqanlarının məlumatına görə, F.Susanonun dünyanın ən yaşlı sakini olması Ginnesin Rekordlar Kitabında rəsmi təsdiqini tapıb. Əlavə olaraq qeyd edilir ki, o, 1897-ci il sentyabrın 11-də anadan olub.