logo

Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının iclasına sədrlik edəcək

21:51 23-11-2021 | icon 1862
Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının iclasına sədrlik edəcək

Noyabrın 24-25-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclası keçiriləcək.

YeniAvropa  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazirlərin toplantısına prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasda yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə İslam bankçılığının rolu ilə bağlı fikir mübadiləsi aparılacaq.

Nazirlərin iclasında, həmçinin 17-18 noyabr gündəliyi üzrə texniki müzakirələrdən sonra yüksək səviyyəli ekspertlər tərəfindən hazırlanmış qətnamə layihələri qiymətləndiriləcək.

İclasda COMCEC-in komitənin üzvü olan ölkələr arasında ticarət, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması və maliyyə sahələrində əməkdaşlığın inkişafı müzakirə olunacaq.

Bundan əlavə, iclasda İƏT-in İstanbul Arbitraj Mərkəzi və İslam İndeks Fondunun layihələri də təqdim olunacaq.