logo

280 nəfərlik toya görə “Oskar” şadlıq evinin rəhbəri həbs edildi

21:11 23-11-2021 | icon 1778
280 nəfərlik toya görə “Oskar” şadlıq evinin rəhbəri həbs edildi

Paytaxtın Nizami rayonundakı “Oskar” şadlıq evində koronavirus epidemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejiminin pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbir zamanı şadlıq evində karantin qaydalarının pozularaq 280 nəfərin iştirakı ilə toy məclisi təşkil edildiyi məlum olub. Tədbir nəticəsində şadlıq evinin direktoru Rafael Məmmədov və orada işləyən xidməti personal saxlanılıblar.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və “Oskar” şadlıq evinin rəhbəri Rafael Məmmədov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.