logo

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yeni icraçı direktoru kollektivə təqdim edilib

17:57 23-11-2021 | icon 1512
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yeni icraçı direktoru kollektivə təqdim edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni təyin olunmuş icraçı direktoru Aygün Əliyeva kollektivə təqdim edilib.

Agentliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, təqdimat Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev tərəfindən həyata keçirilib.

A.Əliyeva ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirərək, ölkədə vətəndaş cəmiyyətinin inkişafı sahəsində qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

Qeyd edək ki, noyabrın 23-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının qərarı ilə A.Əliyeva Agentliyin icraçı direktoru vəzifəsinə təyin olunub.