logo

Kamran Əliyevə " I dərəcəli dövlət ədliyyə müşaviri" ali rütbəsi verilib

16:54 23-11-2021 | icon 1617
Kamran Əliyevə " I dərəcəli dövlət ədliyyə müşaviri" ali rütbəsi verilib

Azərbaycan Respublikasının baş prokuroru Kamran Bayram oğlu Əliyevə I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev noyabrın 23-də sərəncam imzalayıb.

Qeyd edək ki, Kamran Əliyev 1 may 2020-ci ildən Azərbaycan Respublikasının baş prokurorudur. O, II dərəcəli dövlət ədliyyə müşaviri idi.