logo

Azərbaycanda ehtiyac meyarı ləğv oluna bilər-Samir Şərifov

16:33 23-11-2021 | icon 1743
Azərbaycanda ehtiyac meyarı ləğv oluna bilər-Samir Şərifov

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı kimi göstəricilər var. Əsas məqsəd odur ki, ehtiyac meyarı yaşayış minimumuna bərabər olsun. Belə olan təqdirdə, ehtiyac meyarı kimi göstəriciyə ehtiyac qalmayacaq.

 YeniAvropa xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin noyabrın 23-də keçirilən iclasında deyib.

“Bu istiqamətdə iş aparılır. Yəqin ki, biz hədəfə nail olarkən bir çox ölkələrdə olduğu kimi, ehtiyac meyarı ləğv edilə bilər”, - deyə nazir əlavə edib.