logo

İran regionda "3+3" formatını dəstəkləyir

15:55 23-11-2021 | icon 1659
İran regionda "3+3" formatını dəstəkləyir

Rəsmi Tehran regionda "3+3" mexanizmi çərçivəsində əməkdaşlıq əlaqələrinin formalaşması təşəbbüsünü dəstəkləyir və bu formatda iştirak etməyə hazırdır.

YeniAvropa xəbər verir ki, bu sözləri İranın Türkiyədəki səfiri Məhəmməd Farazmənd deyib.

O bildirib ki, Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan, Ermənistan və regionda maraqları olan İran, Türkiyə və Rusiyanın birgə əməkdaşlığı çox yaxşı nəticələr verə bilər.

Səfirin fikrincə, region dövlətlərinin bu formatda əməkdaşlığı mübahisəli məsələlərin kənar müdaxilə olmadan həllinə imkan verər. Qarşılıqlı əməkdaşlıq gələcəkdə regionda mübahisələrin meydana çıxmasına mane olar.