logo

Maştağada minik avtomobili avtobusla toqquşudu, bir nəfər öldü

14:13 23-11-2021 | icon 1456
Maştağada minik avtomobili avtobusla toqquşudu, bir nəfər öldü

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rahim Həbibovun idarə etdiyi “Lada Granta” markalı avtomobil və A.Əliyevin 186 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı avtobus toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nəticədə R.Həbibov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.