“Rəqəmsal icra hakimiyyəti” portalının təqdimatı keçirilib
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan “Rəqəmsal icra hakimiyyəti” - rih.gov.az portalının təqdimat mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan üzrə direktoru Karin Hoerhan, beynəlxalq təşkilatların nümayəndələri, rayon, şəhər icra hakimiyyətlərinin başçıları və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər bölgələrdə rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi istiqamətində görülən işlərin vacibliyini vurğulayıblar.
Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Rəqəmsal icra hakimiyyəti” portalının fəaliyyət istiqamətləri, o cümlədən vətəndaş qəbulu, elektron xidmətlər, E-iştirakçılıq, məlumatlandırma bölmələri haqqında ətraflı məlumat verib. Həmçinin, vətəndaş və icra hakimiyyəti işçilərinin şəxsi kabinetlərinin, habelə portalın hesabatlılıq modulunun iş prinsipi haqqında təqdimat edilib.
Bildirilib ki, “Rəqəmsal icra hakimiyyəti” portalı yerli icra hakimiyyətlərində “ASAN standartları”nın tətbiq edilməsi çərçivəsində həyata keçirilir. Layihə “Rəqəmsal icra hakimiyyəti” portalı vasitəsilə yerli icra hakimiyyətləri tərəfindən göstərilən bir sıra xidmətlərin onlayn rejimdə təqdim edilməsi ilə yanaşı, yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlərin fiziki formatda “ASAN” standartlarına uyğun olaraq vətəndaşlara təqdim edilməsini əhatə edir.
Qeyd olunub ki, yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Yerli inkişaf üçün yaxşı idarəetmə” proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri ilə birgə həyata keçirilir.
Layihənin ilkin mərhələdə sosial-iqtisadi aktiv 3 bölgə - Gəncə şəhəri, Masallı və Quba rayonlarında icra olunduğu diqqətə çatdırılıb. Müvafiq icra hakimiyyətləri Azərbaycanın hər bir zonasını (şimal, cənub və qərb) təmsil etməsinə, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzlərinin yerləşməsinə görə seçilib.
Layihə çərçivəsində hər üç bölgədə “ASAN xidmət” mərkəzlərinin və icra hakimiyyətlərinin əməkdaşları, habelə ASAN könüllüləri üçün təlim və seminarlar keçirilib.
İlkin mərhələdə pilot layihə olaraq tətbiq edilən layihə növbəti mərhələdə digər icra hakimiyyətlərində də tətbiq ediləcək. Bu istiqamətdə təlimlərin, habelə təbliğat-təşviqat işlərinin aparılması nəzərdə tutulub. Bununla yanaşı regional elektron hökumət quruculuğu ilə bağlı digər layihələrin həyata keçirilməsi də planlaşdırılıb.
Layihə qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb